Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun ərazsindən keçən hissəsində qeydə alınıb.
Hərkətdə olan "Mitsubishi" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.