Oxçuçay üzərində KSES tikintisi zamanı ətraf mühitə hər hansı bir ziyan vurulmur

Oxçuçay üzərində KSES tikintisi zamanı ətraf mühitə hər hansı bir ziyan vurulmur
# 26 may 2023 15:57 (UTC +04:00)

Oxçuçay üzərində bir ədəd baş suqəbuledici olmaqla 4 ədəd kiçik su elektrik stansiyası (KSES) layihələndirilərək tikilməkdədir. Baş suqəbuledicidən aşağıda formalaşan sular birbaşa Oxçuçayın məcrasına daxil olur və ekoloji axımla bərabər Oxçuçayın aşağı axım zonasının suyunun əsasını təşkil edir. Oxçuçayının axımının 45 faizi enerji istehsalına, qalan 55 faizi isə çayın məcrasına buraxılır. Beləliklə ətraf mühitə, təbiətə hət hansı bir ziyan vurulmur.

APA xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.

"Oxçuçayın dərəsində kanal, tunel qazılmayıb, yalnız suların KSES-lərə ötürülməsi üçün derivasiya boruları quraşdırılıb. Quraşdırılma işləri çay yatağından kənarda aparılmaqla təbiətə ziyan vurulmayıb" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR