20 magistral kanalın və supaylayıcı şəbəkənin bərpası nəzərdə tutulub

20 magistral kanalın və supaylayıcı şəbəkənin bərpası nəzərdə tutulub
# 10 mart 2023 14:37 (UTC +04:00)

Dövlət başçısının tapşırığı əsasında 20 magistral kanalın və supaylayıcı şəbəkənin bərpası nəzərdə tutulub.

APA xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, burada 9 min kilometr uzunluğunda şəbəkə və kanaldan söhbət gedir: "Artıq işlərə başlanılıb. Oktyabrda bərpa prosesinin ilkin mərhələsinin yekunlaşması nəzərdə tutulur. Bunun nəticəsində su itkisinin 30 faiz azalması gözlənilir. Digər tərəfdən, əkin sahələrinin 60 faizdən yuxarısı suvarılan sahələrdir. Su itkilərinin çoxu burada formalaşır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR