"Amazon", "Apple", "Facebook" və "Google" rəqabətə zidd metodlara əl atıb - HESABAT

"Amazon", "Apple", "Facebook" və "Google" rəqabətə zidd metodlara əl atıb - HESABAT
# 07 oktyabr 2020 11:23 (UTC +04:00)

ABŞ-ın nəhəng texnologiya şirkətləri sayılan "Amazon", "Apple", "Facebook" və "Google" mövqelərini gücləndirmək məqsədilə rəqabətə zidd metodlara əl atıb.

"APA-Economics"in "1Prime"a istinadən verdiyi məlumata görə, bu qənaətə ABŞ Nümayəndələr Palatasının alt komitəsinin üzvləri apardığı araşdırmadan sonra gəliblər.

Komitənin hesabatında "Facebook" tərəfindən potensial rəqiblərin satınalmasında, "Google" isə axtarış və reklam sahələrində mövqelərini möhkəmləndirmək üçün öz texnologiyasını saytlara məcburi qaydada yeritməsində ittiham olunur. "Amazon" və "Apple" şirkətləri mənfəətlərini qorumaq məqsədilə inhisarçılardan istifadə etdiyi deyilir.

Bu baxımdan qanunvericilər sözügedən platformaların özlərindən asılı olan müəssisələrlə eyni sahələrdə işləməməsini, platformaların özlərinə üstünlük vermələrini qadağan etməsini, rəqabətin zərərinə strateji satınalmaları qadağan edən standartın hazırlamasını və bir sıra digər tədbirlərlə iş proseslərinin dəyişdirilməsini təklif ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR