"Azerspace-2"nin gəlirlər üzrə proqnozu acıqlanıb

"Azerspace-2"nin gəlirlər üzrə proqnozu acıqlanıb
# 11 fevral 2021 12:31 (UTC +04:00)

Azərbaycanın ikinci peykinin ("Azerspace-2") kommersiya istifadəsindən son iki il ərzində 40 mln. ABŞ dolları gəlir əldə olunub.

Bu barədə "APA-Economics"ə "Azercosmos" ASC-dən bildirilib.

Qeyd olunub ki, "Azerspace-2" peyki 2018-ci ilin sentyabr ayında orbitə buraxılıb və onun kommersiya istifadəsinə 2019-cu ildən başlanılıb: "Layihə 190 mln. dollara başa gəlib. Peykin istismar müddəti 20 ildir. Azərbaycanın ikinci peykinin daha gəlirli olacağı və fəaliyyət ömrü müddətində 450 mln. dollardan çox gəlir gətirməsi proqnozlaşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR