Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunacaq

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunacaq
# 30 yanvar 2020 11:58 (UTC +04:00)

Azərbaycan poçt administrasiyası Regional Rabitə Birliyi (RRB) çərçivəsində Ümumdünya Poçt İttifaqının (ÜPİ) növbəti 27-ci Konqresinə hazırlıq mərhələsini müzakirə edib.

"APA-Economics" RRB-nin yaydığı məlumata istinadın xəbər verir ki, müzakirədə Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və RRB-nin İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

ÜPİ-nin 27-ci Konqresi 10-28 avqust tarixində Kot-d'İvuarın Abidjan şəhərində keçiriləcək. Qeyd edək ki, Konqres ÜPİ-nin ali orqanıdır və dörd ildən bir keçirilir. ÜPİ-nin 192 üzv ölkəsinin səlahiyyətli nümayəndələri poçt sektorunun gələcəyini formalaşdırmaq üçün toplaşacaq.

Konqresdə ÜPİ-yə üzv ölkələr tərəfindən 2021-ci ildən icrasına başlanacaq yeni Dünya Poçt Strategiyasının və yol xəritəsini qəbul ediləcəyi gözlənilir. Həmçinin Konqres çərçivəsində növbəti 4 il ərzində ÜPİ-yə rəhbərlik edəcək yeni baş direktoru və baş direktorunun müavinini seçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR