Azərbaycan peyk telekommunikasiya xidmətlərinin ixracını artırıb

Azərbaycan peyk telekommunikasiya xidmətlərinin ixracını artırıb
  • Clock-gray 11:11
  • calendar-gray 02 Dekabr 2020

Bu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 37,8 mln.  ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 0,8% artıb.

ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

Bu oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 mln. dollar dəyərində xidmət ixrac edib ki, bu da sentyabr ayının göstəricisini 13 dəfədən çox üstələyib.

“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya və BƏƏ-dir.

Hüseyn Vəliyev

Digər xəbərlər