Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
# 19 fevral 2020 13:20 (UTC +04:00)

Bu ilin yanvarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 10,4 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü ölkədə avtomobil nəqliyyatı ilə 128,4 mln. sərnişin daşınıb ki, bu da 1,5% artım deməkdir.

Məlumata əsasən, sərnişinlərin 96,4% avtobus, 3,6% isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 4,9%, sərnişin dövriyyəsi isə 1,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR