Azərbaycanda bu il 12 minə yaxın e-imza daşıyıcısı verilib

Azərbaycanda bu il 12 minə yaxın e-imza daşıyıcısı verilib
  • Clock-gray 09:59
  • calendar-gray 07 Dekabr 2020

Bu ilin yanvar-noyabr ayları ərzində Milli Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən 11 971 elektron imza (e-imza) daşıyıcısı verilib ki, bu da ilin əvvəlindən 5,8% çoxdur.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, cari ilin 11 ayında dövlət qurumlarına 4 815 ədəd, hüquqi şəxslərə və sahibkarlara 4 317 ədəd, fiziki şəxslərə isə 2 839 ədəd e-imza daşıyıcısı verilib.

Ümumilikdə Milli Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən qeyd olunan e-imza istifadəçi kateqoriyalarına 1 dekabr 2020-ci il tarixinədək 218 199 e-imza təqdim edilib.

Mərkəzdən həmçinin bildirilib ki, yanvar-noyabrda e-imza ilə aparılan tranzaksiyaların sayı – 12 520 667, imzalama sayı – 6 265 949, autentifikasiya sayı isə 6 254 718 ədəd təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər