Azərbaycanda e-ticarət platformalarına xidmət edəcək vahid logistika mərkəzi qurulur

Azərbaycanda e-ticarət platformalarına xidmət edəcək vahid logistika mərkəzi qurulur
# 05 aprel 2021 11:08 (UTC +04:00)

Azərbaycanda elektron ticarət platformalarına xidmət göstərəcək vahid logistika mərkəzi qurulur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələyə dair “Azexport” portalı ilə “Azərpoçt” arasında görülən işlər barədə müzakirələr aparılıb.

Görüşdə elektron ticarətin inkişafı məqsədilə qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov “Azərpoçt” tərəfindən təqdim olunan xidmətlərin ölkədə elektron ticarət sahəsinin diversifikasiyasında əhəmiyyətli rol oynadığını bildirib. O, bu sahədə fəaliyyət göstərən sahibkarların qeyd olunan xidmətlərin üstünlükləri barədə məlumatlandırılması məqsədilə birgə tədbirlərin təşkil olunmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR