Azərbaycanda elektron məhsullarının bahalaşması proqnozlaşdırılır

Azərbaycanda elektron məhsullarının bahalaşması proqnozlaşdırılır
# 02 aprel 2021 11:15 (UTC +04:00)

Ötən ilin noyabr ayından başlayaraq bir çox elektron cihazların qiymətlərində bahalaşma müşahidə olunur.

Bunu "APA-Economics"ə "MiMobile" şirkətinin İdarə Heyətinin üzvü Cümşüd Əliyev deyib.

Onun sözlərində görə, bu, əsasən istehsalçı ölkə olan Çində devalvasiya, həmçinin ABŞ-la Çin arasında yaranan narazılıqlarla izah olunur.

"Bildiyimiz kimi, komponentlərin çoxu ABŞ şirkətləri tərəfindən istehsal olunur və onlara alternativ yoxdur. Bu məhsullara tələbatın artması bahalaşma ilə müşayiət olunub. Digər tərəfdən logistika problemləri də mövcuddur. Belə ki, Çində konteyner çatışmazlığı səbəbindən daşımaların qiyməti 2-2,5 dəfə artıb. Hava nəqliyyatının da alternativi olmadığı üçün bu növ daşımalarda da qiymətlər 2,5-3 dəfə artıb", - deyə C. Əliyev qeyd edib.

Ekspert əlavə edib ki, istehsalçılar rentabelliyi qorumaq məqsədilə hər ay qiymətlərdə az da olsa dəyişiklik edib: "Ötən gün "Xiaomi" də öz məhsullarının bahalaşacağı barədə məlumat yayıb. Ümumiyyətlə, rəsmi olmasa da, ilin əvvəlindən bir çox istehsalçı qiymətlərin 20%-dək atacağını bəyan etmişdi. Belə olduğu halda, vergi və rüsumları nəzərə almaqla Azərbaycanda da elektron məhsulların 20-25% bahalaşacağı gözlənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR