Azərbaycanda fişinq hücumlarının sayı azalıb

Azərbaycanda fişinq hücumlarının sayı azalıb
  • Clock-gray 14:30
  • calendar-gray 02 Mart 2021

Bu ilin fevral ayında Azərbaycanın ".az" domenində olan saytların hər 214-ü nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ümumilikdə, Azərbaycan saytlarının 172-si fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,46%-nı təşkil edir. Bu göstərici üzrə son bir ay ərzində 38,1% azalma müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 36,8 mindən çox sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 24, Rusiyada – 52, Belarusda – 649, Latviyada – 7, Litvada – 118, Estoniyada – 183, Qazaxıstanda – 760, Özbəkistanda – 298, Tacikistanda – 109, Qırğızıstanda – 350, Gürcüstanda – 143, Ermənistanda isə 217 sayta bir uğurlu fişinq hücumu düşür.

Hüseyn Vəliyev

Digər xəbərlər