Azərbaycanda ötən il 70-dən çox gəmi təmir olunub

Azərbaycanda ötən il 70-dən çox gəmi təmir olunub
# 15 yanvar 2021 12:38 (UTC +04:00)

Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunda 71 müxtəlif təyinatlı gəmi təmir edilib.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, gəmilərin 24-ü əsaslı, 30-u tərsanə, 17-si cari təmir olunub.

Bu üzən vasitələrin 60-ı ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 5-i Dəniz Nəqliyyatı Donanmasına, 6-sı isə kənar təşkilatlara aiddir.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR