Azərbaycanda ötən il beynəlxalq avtodaşımalar üzrə 97 min icazə verilib

Azərbaycanda ötən il beynəlxalq avtodaşımalar üzrə 97 min icazə verilib
# 12 mart 2021 15:51 (UTC +04:00)

Ötən il Azərbaycanda beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtodaşıyıcılara 97 min “İcazə” blankı verilib və bundan dövlət büdcəsinə 3,5 mln. manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

APA-Economics”in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.

“Həmçinin Beynəlxalq Nəqliyyat Forumunun 1 200 çoxtərəfli (illik) və 240 çoxtərəfli (aylıq) icazələrinin daşıyıcılara verilməsi təmin edilib”, - hesabatda vurğulanır.

Hesabata əsasən, 2020-ci ildə beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün xarici ölkələrə 155325 ədəd giriş-çıxış və tranzit keçid üçün, 16060 ədəd 3-cü ölkəyə daşımalar üçün, 1200 ədəd beynəlxalq sərnişin daşımaları üçün “İcazə” blankları verilib.

“2020-ci il ərzində 112406 ədəd fərqlənmə nişanı verilib, 34 istiqamət üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilən müntəzəm beynəlxalq avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub”, - hesabatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR