Azərbaycanın nəqliyyat sektorunda yükdaşımalar tədricən artacaq

Azərbaycanın nəqliyyat sektorunda yükdaşımalar tədricən artacaq
# 23 dekabr 2020 16:03 (UTC +04:00)

Azərbaycanda 2024-cü ildə nəqliyyat sektorunda yükdaşımalar 263 mln. tona çatacaq. Bu, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5% çoxdur.

Bu barədə "APA-Economics"in büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə istinadən xəbər verir.

Məlumata görə, gələn il ölkədə nəqliyyat sektorunda yükdaşımalar 238,1 mln. ton səviyyəsində proqnozlaşdırılır. 2022-ci ildə bu göstəricinin 247,9 mln. ton, 2023-cü ildə isə 256,3 mln. ton olacağı ehtimal olunur.

Qeyd etmək lazımdır ki, 2024-cü ildə nəqliyyat sektorunda sərnişin dövriyyəsi 38 490,6 mln. sərnişin/km çatacaq, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 4,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR