"Azərişıq" həftəsonu gücləndirilmiş rejimdə işləyəcək

"Azərişıq" həftəsonu gücləndirilmiş rejimdə işləyəcək
# 05 iyun 2020 12:44 (UTC +04:00)

Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda iki günlük sərt karantin rejimi tətbiqi ilə əlaqədar olaraq “Azərişıq” ASC qarşıdakı günlər ərzində də gücləndirilmiş iş rejimini davam etdirəcək.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün qəza xidmətləri minimum işçi sayı ilə öz vəzifələrini icra edəcəklər. Abonentlərdən xahiş olunur ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Qeyd edək ki, istehlakçılar pandemiya dövründə ödənişləri onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilər. Elektron ödənişi ASC-nin rəsmi saytında (azerishiq.az) etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR