"Azərsu": Sayğacların və su xətlərinin donması ilə bağlı müraciətlər daxil olub

"Azərsu": Sayğacların və su xətlərinin donması ilə bağlı müraciətlər daxil olub
# 24 fevral 2021 12:08 (UTC +04:00)

“Azərsu" ASC-nin Çağrı Mərkəzinə sayğacların və su xətlərinin donması ilə bağlı 11 müraciət daxil olub.

Bunu “APA-Economics”ə ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, bu problemlərlə əsasən, Bakı ətrafı fərdi yaşayış evlərində yaşayan vətəndaşlar üzləşiblər.

“Ümumilikdə, vəziyyət stabildir. İstismar departamenti tam gücləndirilmiş rejimində çalışır və hər şey nəzarətdə saxlanılır ki, problemlər yaşanmasın. Mənbələr, anbarlar, xətlərin hamısı işlək vəziyyətdədir. Mənbələrdən normal həcmdə su verilir ki, vətəndaşlar su ilə təmin olunsun”, - deyə A. Cəbrayıllı qeyd edib.

Regionlara gəldikdə, ASC-nin rəsmisi əlavə edib ki, qeyd olunan problemlərlə bağlı müraciətlər ən çox Balakən və Qəbələ istiqamətinə olan rayonlardan daxil olub, bu da müşahidə olunan yüksək şaxtalı hava ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR