Baba Rzayev: "Metro stansiyalarında generatorların quraşdırılması 100 faiz başa çatıb"

Baba Rzayev: "Metro stansiyalarında generatorların quraşdırılması 100 faiz başa çatıb"
# 16 dekabr 2019 18:17 (UTC +04:00)

“Bakı Metropoliteni”nin bütün stansiyalarında generatorların quraşdırılması artıq 100 faiz başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda bildirib.

“Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb”, - deyə B. Rzayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR