Bakı metrosunun 13 qatarı təmir edilib

Bakı metrosunun 13 qatarı təmir edilib
# 28 dekabr 2020 11:29 (UTC +04:00)

“Bakı Metropoliteni” QSC-nin 13 qatarı üzrə aparılan müxtəlif təmir prosesləri başa çatdırılıb.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, 3 qatar əsaslı, 5 qatar orta, qalanları 3 və 2 saylı cari təmir həcmində yenilənib, müvafiq modernləşdirmə tədbirləri də bu işlər sırasında icra olunub.

Əsaslı təmirdən çıxan vaqonların bütün alt quruluşu, elektrik və pnevmatika, mexaniki hissənin avadanlıqları tam yenilənib. Əsas yeniliklər sırasına metropolitenin tarixində ilk dəfə kompressor dəyişdirilməsi daxil olub.

Budəfəki təmir əvvəlki qatarlarla müqayisədə daha bir neçə təkmilləşmə tədbirləri və yenilikləri ilə fərqlənir.

Yeniliklər sırasına qapılara yeni nəzarət bloku isə təhlükəsizliyin yüksəldilməsinə zəmanəti artırıb. Vaqonların salonlarında LED işıqlandırma kompleksi quraşdırılıb, vaqonlararası əlaqə yaradan müasir “Hartinq” sistemi tətbiq edilib, informasiyanın daxiledilmə və əksolunma paneli, maşinist kabinasında tavan havalandırma sistemi quraşdırılıb, həmçinin digər müvafiq yeniliklər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR