Bakıdan Moskva və Kiyevə çarter aviareysləri yerinə yetiriləcək

Bakıdan Moskva və Kiyevə çarter aviareysləri yerinə yetiriləcək
# 23 noyabr 2020 15:32 (UTC +04:00)

Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, "SkyUp Airlines" aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.

Qeyd edək ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR