Beynəlxalq aviasiya əlaqələri 2-3 ilə bərpa oluna bilər

Beynəlxalq aviasiya əlaqələri 2-3 ilə bərpa oluna bilər
# 01 dekabr 2020 16:31 (UTC +04:00)

Beynəlxalq hava nəqliyyatı əlaqələrinin 2-3 il ərzində tam bərpa olunacağı proqnozlaşdırılır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın "Aeroflot" şirkətinin baş direktoru Mixail Poluboyarinov deyib.

Onun sözlərinə görə, proqnozlar fərqlidir, lakin ümumilikdə, beynəlxalq aviasiya əlaqələrinin və müvafiq həcmlərin 2-3 ilə bərpası gözlənilir.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında "Aeroflot"un gəliri illik ifadədə 55,3% azalaraq 234,213 mlrd. rubl (3,081 mlrd. ABŞ dolları) təşkil edib. Aviaşirkətin xalis zərəri ötənilki 20,305 mlrd. rubl (267,123 mln. dollar) mənfəət qarşı 79,406 mlrd. rubl (1,044 mlrd. dollar) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR