Beynəlxalq təhlükəsiz internet gününə həsr olunan vebinar keçirilib

Beynəlxalq təhlükəsiz internet gününə həsr olunan vebinar keçirilib
# 10 fevral 2021 15:05 (UTC +04:00)

Beynəlxalq təhlükəsiz internet günü ilə əlaqədar ənənəvi olaraq “İKT LAB” İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi və “Eurodesign” şirkətinin təşkilatçılığı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan “Together for safer Internet” adlı vebinar keçirilib.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vebinarın keçirilməsində əsas məqsəd qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırma və maarifləndirmə işləri aparmaq, şagirdlərə və valideynlərə internetdən və onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etmək olub.

Vebinarın sonunda mövzu ilə əlaqədar suallar verilib və müzakirələr aparılıb.

Qeyd edək ki, Beynəlxalq təhlükəsiz internet günü Azərbaycanda hər il qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR