Bu ilin ən işlək aviamarşrutu koronavirusa görə bağlanıb

Bu ilin ən işlək aviamarşrutu koronavirusa görə bağlanıb
# 29 yanvar 2021 15:16 (UTC +04:00)

Böyük Britaniya Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Burundi və Ruandadan ölkəyə girişi qadağan edib.

"APA-Economics"in RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

Nazirlik sözügedən addımı ilk dəfə Cənubi Afrika Respublikasında aşkarlanan koronavirusun yeni ştammının yayılmasının qarşısını almaq məqsədilə atıldığını bildirir.

Qadağa Birləşmiş Krallıq vətəndaşlarına və ölkədə yaşamaq hüququ olan əcnəbilərə şamil edilmir, lakin bu ölkələrdə qalacaqları təqdirdə onlardan 10 gün özlərini təcrid etmələri tələb olunur və hətta mənfi koronavirus testinin nəticəsi bu rejimdən çəkinmək hüququ vermir.

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps "Twitter" səhifəsində qeyd edib ki, mənfi test və girişdə xüsusi ziyarətçi forması olmadığı təqdirdə sərnişinlər 500 funt sterlinq məbləğində cərimə olunacaqlar.

Hava səyahəti məlumatlarının emalı ilə məşğul olan Britaniyanın "OAG Aviation Worldwide" tədqiqat təşkilatının məlumatına görə, Dubay-London aviareysi 2021-ci ilin yanvarında ən işlək beynəlxalq marşrut olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR