CAREC çərçivəsində Azərbaycanda iki yeni infrastruktur layihə icra oluna bilər

CAREC çərçivəsində Azərbaycanda iki yeni infrastruktur layihə icra oluna bilər
# 29 yanvar 2020 15:26 (UTC +04:00)

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) yeni dərc etdiyi “CAREC Nəqliyyat Strategiyası 2030” sənədində Azərbaycana aid iki prioritet investisiya layihəsi yer alıb.

APA-Economics”in sözügedən sənədə istinadən verdiyi məlumata görə, icrası 2020-ci ildə planlaşdırılan layihələr Bakı limanında taxıl terminalının və TİR-ların parklanma zonasının tikintisidir. Layihələrin təsdiq olunmamış dəyəri müvafiq olaraq 22,5 mln. dollar və 9 mln. dollar təşkil edir.

Asiya İnkişaf Bankının (AİB) Bakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən layihələr üzrə müzakirələr aparılacaq və onların gələcəkdə faktiki biznes plana daxil edilməsi istisna olunmur.

Qeyd edək ki, Azərbaycan CAREC Proqramının 2003-cü ildən üzvüdür və hazırda bu əməkdaşlıq proqramının Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan daxil olmaqla 11 üzvü var. Regional əməkdaşlığın təşviq edən bu proqramın nəqliyyat, ticarətin asanlaşdırılması, enerji və ticarət siyasəti kimi 4 prioritet istiqaməti mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR