"Intel"in çiplərində yeni təhlükəli boşluq aşkarlanıb

"Intel"in çiplərində yeni təhlükəli boşluq aşkarlanıb
  • Clock-gray 18:00
  • calendar-gray 29 Yanvar 2020

"Intel" prosessorlarının əməliyyat yaddaşına təsir edən və məlumatların keş yaddaşdan oğurlanmasına imkan verən "CacheOut" boşluğu aşkar edilib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, "CacheOut" boşluğundan istifadə edərək, kibercinayətkarlar keş yaddaşda olan məlumatları seçərək oğurlaya bilər. Bu, cinayətkarlara həm də onları maraqlandıran digər məlumatları əldə etməyə imkan verir.

"Intel" tərəfindən 2018-ci ilin IV rübündən sonra istehsal olan çiplərdə də bu problem müşahidə oluna bilər. Bununla əlaqədar "Intel"in mütəxəssisləri bütün sözügedən boşluğu olan prosessorlar üçün mikrokodun yeniləməsini hazırlayıblar və əməliyyat sistemi istehsalçılarına problemin aradan qaldırılması üçün müəyyən tədbirlər görmələrini də tövsiyə ediblər.

Beləliklə, istifadəçilər əməliyyat sistemlərinin istehsalçıları tərəfindən yenilənmələr buraxıldıqdan sonra qoruna biləcək.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date