İranın Astara limanı Rusiya və Azərbaycanla yük dövriyyəsini artıracaq

İranın Astara limanı Rusiya və Azərbaycanla yük dövriyyəsini artıracaq
  • Clock-gray 11:43
  • calendar-gray 29 Oktyabr 2020

İran təqvimi ilə 1399-cu ilin ilk yarısında (20 mart – 21 sentyabr) Gilan vilayətinin şimalındakı Astara limanına 117 min ton mal yüklənib və boşaldılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur.

"APA-Economics" IRNA-ya istinadən xəbər verir ki, bu barədə Astara Limanları və Dənizçilik Təşkilatının rəhbəri Kianuş Amiri deyib.

Onun sözlərinə görə, altıaylıq dövrdə limandan ixrac 65 163 ton, idxal isə 33 439 ton təşkil edib. Hazırda limanda 75 metr uzunluğunda gəmilərin dayanacaq sahəsi inşa edilir ki, bu işin tamamlanması Astaranın illik ötürücülük qabiliyyətini hazırkı 700 min tondan təxminən 1 mln. tonadək artıracaq.

Öz növbəsində, Gilan Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Məsud Almasi bildirib ki, hesabat dövründə Astara limanından Rusiyaya və Azərbaycana 25,34 mln. dollar dəyərində 247 min ton kənd təsərrüfatı məhsulu ixrac edilib.

Hüseyn Vəliyev

Digər xəbərlər