Jurnalistlər üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb - FOTO

Jurnalistlər üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb - FOTO
  • Clock-gray 13:08
  • calendar-gray 29 Dekabr 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin dəstəyilə jurnalistlər arasında “Innoweek – İnnovasiya həftəsi 2020”yə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, münsiflər heyətinin qərarına əsasən, “Innoweek – İnnovasiya həftəsi 2020” haqqında ən yaxşı veriliş nominasiyasında ARB televiziyasının “İş vaxtı” verilişi seçilib. Proqramda ümumilikdə “Innoweek – İnnovasiya həftəsi 2020” haqqında geniş məlumat verilib. Studiyaya dəvət olunan qonaqla həftənin ən mühüm tədbirləri müzakirə olunub, canlı bağlantılar edilib.

Ən yaxşı TV süjet CBC televiziyasında yayımlanıb. Jurnalist Nigar Rəhmanovanın hazırladığı süjet “Kibertəhlükəsizlik” mövzusu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaratdığı “Ağıllı həllər”ə həsr edilib.

Ən yaxşı məqalə nominasiyasının qalibi “Oxu.az” saytı olub. Müəllif İlhamə Əbülfət qadınların İKT-dəki rolunu, bu sahədə görülən işləri və yaradılan şəraiti ətraflı araşdırıb.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

APA-Economics

Digər xəbərlər