Kanadada "Boeing 737 MAX" təyyarəsinin kabinəsində qəza işığının yanması uçuşu dayandırıb

Kanadada "Boeing 737 MAX" təyyarəsinin kabinəsində qəza işığının yanması uçuşu dayandırıb
# 25 yanvar 2021 11:54 (UTC +04:00)

Kanadanın "West jet" aviaşirkətinin "Boeing 737 MAX" təyyarəsinin kabinəsindəki qəza işığının yanması Kalqari-Toronto aviareysini təxirə salıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumatı görə, təyyarə havaya qalxmağa hazırlaşarkən qəza işığı yanıb. Aviaşirkətdən verilən məlumata görə, yoxlamadan sonra laynerin qaydasında olduğu və növbəti uçuşu bazar günü həyata keçirəcəyi bildirilib. Sərnişinlər “West jet”in digər təyyarəsi ilə yola salınıb.

Kanadanın Nəqliyyat Nazirliyi 20 yanvar tarixindən etibarən bəri ölkənin hava məkanında sözügedən təyyarələrin uçuşuna icazəsi verib.

Xatırladaq ki, "Boeing 737 MAX" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada ("Lion Air") və 2019-cu ilin martın 10-da Efiopiyada ("Ethiopian Airlines")) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.

Hazırda dünyada təxminən 500 "Boeing 737 MAX" təyyarəsi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR