"Microsoft" "Windows 10" üçün problemli yeniləməni geri çağırıb

"Microsoft" "Windows 10" üçün problemli yeniləməni geri çağırıb
  • Clock-gray 13:10
  • calendar-gray 17 Fevral 2020

"Microsoft" korporasiyası istifadəçilərin çoxsaylı problemlərlə bağlı şikayətlərini nəzərə alaraq "Windows 10" əməliyyat sistemi üçün nəzərdə tutulan KB4524244 identifikatoru altında təhlükəsizlik yeniləməni dayandırıb.

"APA-Economics"in "Securitylab"a istinadən verdiyi məlumata görə, bu yeniləmə kompüter istehsalçılarının yükləmə menecerlərindəki zəifliyi aradan qaldırmaq üçün nəzərdə tutulsa da, bir çox problemlərə səbəb olub. Xüsusilə, HP və "Apple" kompüterlərinin sahibləri bildirir ki, yeniləmə sistemlərin "donması"na və quraşdırılan zaman müxtəlif səhvlərə gətirib çıxarır.

Ayrıca qeyd olunur ki, KB4524244 quraşdırılması "Windows 10" əməliyyat sisteminin əvvəlki vəziyyətinə qaytarılmasına problem yarada bilər.

"Microsoft" kritik səhvlərin mövcudluğunu etiraf edərək, istehsalçı tərəfdaşlarla birlikdə yeniləmənin sabit versiyanı buraxılacağını vəd edib. İstifadəçilərdən isə problemli yeniləmənin silinməsi tövsiyə olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date