Moskvanın kirayə mənzil bazarı çökə bilər

Moskvanın kirayə mənzil bazarı çökə bilər
  • Clock-gray 11:27
  • calendar-gray 02 Aprel 2020

Rusiyada ABŞ dollarının bahalaşması və koronavirus epidemiyasının yayılması səbəbindən Moskvada kirayə mənzil bazarında aktivlik zəifləyib və son bir həftə ərzində tələb 10% azalıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, son bir həftə ərzində bir çox kirayə mənzil üzrə müqavilələr ləğv edilib. Bir çox müəssisənin karantin rejiminə keçdiyin üçün əhali şəhəri tərk edir və məhz buna görə də mənzil sahibləri kirayəçiləri itirməmək üçün qiymət azalmasına getməyə məcbur olur.

Bu sahənin mütəxəssislərinin fikrincə, vəziyyət belə davam edərsə, paytaxtda kirayə mənzil bazarının çökmək riski yüksək olacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər