Naxçıvanda "Nar" şəbəkəsinin genişləndirilməsi davam etdirilir

Naxçıvanda "Nar" şəbəkəsinin genişləndirilməsi davam etdirilir
# 16 fevral 2021 15:08 (UTC +04:00)

Azərbaycanın bütün regionlarını keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar” Naxçıvan Muxtar Respublikasında da baza stansiyalarının sayını artırmağa davam edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, son iki ayda aparılan şəbəkə təkmilləşdirilməsi işləri nəticəsində Muxtar Respublikada 13 yeni baza stansiyası fəaliyyətə başlayıb.

Yeni 3G baza stansiyaları Şahbuz, Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarının mərkəzdən kənar kəndlərini yüksək keyfiyyətli şəbəkə ilə təmin edir. Ümumilikdə “Nar” şəbəkəsi Naxçıvan Muxtar Respubliksında 158 baza stansiyası ilə əhalinin 99,6%, ərazininsə 98,5%-ni əhatə edir.

Regionlarda yüksək sürətli internetə çıxışı daha əlçatan edən “Nar” bundan sonra da şəbəkə təkmilləşdirilməsi işlərinə davam edəcək. “Nar” şəbəkəsinin əhatə dairəsi ilə bağlı məlumat, şirkətin rəsmi səhifəsində əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR