Naxçıvanda rabitə xidmətlərinin dəyəri 8% artıb

Naxçıvanda rabitə xidmətlərinin dəyəri 8% artıb
# 12 mart 2021 12:50 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin eyni ayı ilə müqayisədə 8,2% artaraq 10 140,1 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 76,5%-i mobil rabitənin payına düşüb. Cari ilin yanvar-fevral aylarında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,5% üstələyərək 7 753,7 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR