Nazir: "BTQ ilə Orta dəhlizlə ildə 1 500 yük qatarı hərəkət edəcək"

Nazir: "BTQ ilə Orta dəhlizlə ildə 1 500 yük qatarı hərəkət edəcək"
  • Clock-gray 17:10
  • calendar-gray 19 Noyabr 2020

Növbəti illərdə Orta dəhlizlə (Şərq-Qərb nəqliyyat marşrutu) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsi ilə ildə 1 500 yük qatarı hərəkət edəcək.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat naziri Adil Karaismayıloğlu deyib.

"Çinlə Türkiyə arasında malların çatdırılma müddəti 12 gündən 10 günədək azalacaq", - nazir qeyd edib.

BTQ dəmiryol xətti 2017-ci ildə istifadəyə verilib. Tikintisi 2007-ci il noyabrın 27-də başlayan dəmir yolunun təntənəli açılışı 2017-ci il oktyabrın 30-da olub. Uzunluğu təxminən 850 km olan dəmir yolunun 500 km-dən çoxu Azərbaycan ərazisindən keçir.

Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan BTQ xəttinin fəaliyyəti Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən BTQ dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir. Yaxın gələcəkdə BTQ xətti ilə sərnişinlərin daşınmasına da start veriləcək.

Emil İsmayılov

Digər xəbərlər