Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonlar üzrə 57 telekommunikasiya qovşağında, Beynəlxalq Avtomat Telefon Stansiyasında və Kabel Magistralları Texniki Qovşağında dezinfeksiya işləri və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” rabitə operatorundan "APA-Economics"ə verilən məlumata görə, işçi heyyətinin sağlamlığı və təhlükəsizliyi diqqətdə saxlanılır, virusdan qorunmaq məqsədilə əməkdaşlar zəruri tibbi vasitələrlə (spirt, maska və.s ) təmin olunurlar. Müəssisələrə gələnlərin hərarəti yoxlanılır və əlləri xüsusi məhlulla dezinfeksiya edilir.