"PayPal" kriptovalyuta ilə ödənişləri qəbul edəcək

"PayPal" kriptovalyuta ilə ödənişləri qəbul edəcək
# 30 mart 2021 17:48 (UTC +04:00)

“PayPal” beynəlxalq ödəniş sistemi kriptovalyuta ilə ödəmə funksiyasını işə salacaq. “APA-Economics” xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.

Qeyd olunur ki, yeni funksiya istifadəçilərə kriptovalyuta ilə alış üçün əlavə ödəniş və komissiya ödəmədən avtomatik olaraq rəmzi valyutaya çevirmək imkanı yaradır.

Bütün tranzaksiyalar ABŞ dolları ilə aparılır və şirkətlər tərəfindən standart “PayPal” konvertasiyası nisbətlərində qəbul edilən valyutaya çevrilir.

Bu funksiyadan hesabında ödəmək üçün kifayət qədər kriptovalyutası olan bütün istifadəçilər avtomatik olaraq yararlana biləcək. Bu gündən etibarən yeni xidmət ABŞ-da bütün “PayPal” istifadəçilərinə əlçatan olub.

Bundan əlavə, müştərilərə hesabında saxlanılan valyutadan və balansından asılı olaraq ödəmək üçün kriptovalyuta seçimi (“Bitcoin”, “Litecoin”, “Ethereum” və “Bitcoin Cash”) təmin ediləcək. Hər alış üçün isə yalnız bir növ kriptovalyutadan istifadə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR