Qlobal nəqliyyat şirkətləri pandemiya səbəbindən yüzlərlə reysi ləğv edir

Qlobal nəqliyyat şirkətləri pandemiya səbəbindən yüzlərlə reysi ləğv edir
# 10 aprel 2020 13:42 (UTC +04:00)

Konteyner daşımaları üzrə dəniz nəqliyyatı şirkətləri yeni növ koronavirusun (COVİD-19) pandemiyası səbəbindən itkiləri azaltmaq üçün yükdaşimaları ləğv edir və marşrutları birləşdirirlər.

"APA-Economics"-in "Vesti.Ru"ya istinadən verdiyi məlumata görə, bunlar tələbin düşməsi və qlobal dəniz ticarəti perspektivlərinin pisləşməsi fonunda baş verir.

"Sea-Intelligence" konsaltinq şirkətinin hesabatına görə, ötən həftə "dondurulmuş" və ya ləğv edilmiş dəniz reyslərinin sayı 45-dən 212-yə yüksəlib. Mütəxəssislər qeyd edirlər ki, ən yüksək azalma Asiya-Avropa marşrutu üzrə müşahidə olunur (29-34%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR