Rusiya aviaşirkətinin Moskva və Sankt-Peterburqdan Qəbələyə uçmasına icazə verilib

Rusiya aviaşirkətinin Moskva və Sankt-Peterburqdan Qəbələyə uçmasına icazə verilib
# 03 fevral 2021 11:49 (UTC +04:00)

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “Azur Air” aviaşirkətinin Moskva və Sankt-Peterburqdan Azərbaycana uçuşlar həyata keçirməsinə icazə verib.

APA-Economics”in məlumatına görə, bu barədə “Rosaviasiya”nın açıqlamasında deyilir.

"Federal Hava Nəqliyyatı Agentliyinin 1 fevral tarixli qərarı ilə “Azur Air” şirkətinin Moskva-Qəbələ və Sankt-Peterburq-Qəbələ aviareysləri üzrə hər birində həftədə yeddi dəfə uçuzlar həyata keçirməsinə icazə verilib", - açıqlamada deyilir.

Xatırladaq ki, “Azur Air” Rusiyanın ən böyük çarter aviadaşıyıcısıdır. Aviaşirkətin 32 təyyarəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR