Tehran-Ankara aviareysi bərpa edilib

Tehran-Ankara aviareysi bərpa edilib
# 24 dekabr 2020 15:38 (UTC +04:00)

"Iran Air" aviaşirkəti bir neçə aylıq fasilədən sonra Tehran-Ankara sərnişin aviareysi üzrə birbaşa uçuşları bərpa edib.

"APA-Economics"in İranın IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu aviaşirkətin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hüseyn Cahani deyib.

Qeyd edək ki, "Iran Air"in İstanbul və Ankara da daxil olmaqla dünyanın bir çox istiqaməti üzrə uçuşları fevral ayında qlobal koronavirus infeksiyasının yayılması ilə eyni vaxtda dayandırmışdı. Tehran-İstanbul arasında birbaşa uçuşlar 3 ay sonra bərpa edildi, lakin Tehran-Ankara aviareysi üzrə uçuşları bərpa etmək üçün "Iran Air" aviaşirkəti İran və Türkiyə rəsmilərindən icazə gözləyirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR