Türkiyədən Çinə mədən sənayesi məhsulu daşıyan konteyner qatarı Bakıya çatıb

Türkiyədən Çinə mədən sənayesi məhsulu daşıyan konteyner qatarı Bakıya çatıb
# 05 fevral 2021 15:13 (UTC +04:00)

Türkiyədən Çinə yeni növ yük – mədən sənayesi məhsulu daşıyan 42 konteynerdən ibarət blok qatarı Bakı Limanına çatıb.

“ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, Türkiyənin Ankara şəhərindən Çinin Sian şəhərinə hərəkət edən qatar

“ADY Konteyner”in Türkiyə, Gürcüstan və Qazaxıstandakı tərəfdaşları ilə birgə təqdim etdiyi yeni logistik məhsuldur.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək Bakı Limanına çatan 40 futluq konteynerlərdən ibarət Türkiyənin növbəti ixrac qatarı “Beket Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq.

Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR