ABŞ şirkətinin prezidenti: "Artıq hakerlər birləşib şirkət yaradır, son 2 ildə dövlətlər də hakerlərin hücumuna məruz qalır"

ABŞ şirkətinin prezidenti: "Artıq hakerlər birləşib şirkət yaradır, son 2 ildə dövlətlər də hakerlərin hücumuna məruz qalır"
# 07 noyabr 2019 12:55 (UTC +04:00)

“Hakerlər 10 il əvvəl maliyyə qurumlarını sistemlərinə təkbaşına hücum edirdilərsə, artıq hakerlər birgə hərəkət edir, şirkətlər yaradaraq hücum edir, müəyyən miqdarda pul vəsaiti tələb edirlər”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə çıxış edən kibertəhlükəsizlik üzrə ekspert, ABŞ-ın “Off the Record Strategies” şirkətinin təsisçisi və prezidenti Mark Pfeyf bildirib.

O deyib ki, artıq tək maliyyə şirkətləri deyil, son 2 ildə dövlətlər də hakerlərin hücumuna məruz qalır: “Biz qara işlərdən əl çəkən hakerləri əməkdaşlığa cəlb edirik. Onlar bizim sistemimizin təkmilləşməsinə kömək edirlər. Məsələn, deyirlər ki, sizin sisteminizi belə qırardıq. Biz həmin boşluqları aradan qaldırırıq.”.

Ekspert qeyd edib ki, bu sahədə addımların atılması Azərbaycan üçün də vacibdir: "ABŞ, Avropa ölkələri, Hindistan kimi ölkələrdə kibertəhlükəsizlik sahəsində yüksək səviyyəli mütəxəssislər hazırlayan ali təhsil müəssisələri var, gənclərinizi həmin təhsil müəssisələrinə göndərin. Kibertəhlükəsizlik sahəsində ABŞ səfirliyi də Azərbaycana kömək etməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR