Abşeron və Binəqədinin qaz təchizatında fasilə yaranacaq

Abşeron və Binəqədinin qaz təchizatında fasilə yaranacaq
# 11 may 2022 17:54 (UTC +04:00)

“Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan “Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, 12.05.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR