ADA Universitetində 16-cı Bakı Yay Enerji Məktəbinin bağlanış mərasimi keçirilib - FOTO

ADA Universitetində 16-cı Bakı Yay Enerji Məktəbinin bağlanış mərasimi keçirilib - FOTO
# 29 iyul 2022 15:50 (UTC +04:00)

ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (IDD), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), bp Azerbaijan, “Kolin”, “Masdar” və “TotalEnergies” şirkətlərinin birgə təşkilatçılığı ilə 16-cı Bakı Yay Enerji Məktəbinin bağlanış mərasimi keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirdə 13 ölkədən 43 iştirakçı iştirak edib. Proqramı bitirən iştirakçılara ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov tərəfindən imzalanmış sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Bakı Yay Enerji Məktəbi Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekologiya məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi və mütəxəssislərini bir araya gətirən və ənənəvi olaraq keçirilən ikihəftəlik sertifikat proqramıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR