Ağdama avtobusla səfər edən sərnişinlərin sayı açıqlanıb

Ağdama avtobusla səfər edən sərnişinlərin sayı açıqlanıb
# 22 iyun 2022 12:57 (UTC +04:00)

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) işğaldan azad olunmuş ərazilərə istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə indiyədək Ağdama 2633 sərnişin səfər edib.

DANX-dan “APA-Economics”ə verilən məlumata görə, onlardan 1254 nəfər Bakı – Ağdam – Bakı, 1379 nəfər isə Bərdə – Ağdam – Bərdə reysi ilə gedib.

Qeyd edək ki, DANX-ın işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 200 reys həyata keçirilib, 8588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR