"Android"in Azərbaycanda bazar payı azalıb

"Android"in Azərbaycanda bazar payı azalıb
# 01 oktyabr 2019 12:16 (UTC +04:00)

Bu ilin sentyabr ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı avqust ayı ilə müqayisədə 2,4 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, oktyabr ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazarında olan payı 47,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 5,2 faiz bəndi azdır.

Son bir ay ərzində "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 3,3 faiz bəndi artaraq oktyabr ayının 1-nə 38,5% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 6,1 faiz bəndi çoxdur. "Microsoft"un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 6,9% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin sentyabr ayında avqust ayı ilə müqayisədə 0,27 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,97 faiz bəndi azalıb.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 3,06%, naməlum əməliyyat sistemləri – 2,42%, "Linux" – 0,95% və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR