Azərbaycan və Gürcüstan marşrutu üzrə 3 minə yaxın konteyner daşınıb

Azərbaycan və Gürcüstan marşrutu üzrə 3 minə yaxın konteyner daşınıb
# 20 aprel 2022 16:37 (UTC +04:00)

“Rusiya Dəmir Yolları” Rusiyadan yan keçən alternativ marşrutların canlandığını müşahidə edir. “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə RDY-nin baş direktorunun müavini Aleksey Şilo deyib.
Onun sözlərinə görə, bu ilin ilk iki ayı ərzində Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçən marşrut üzrə 3 minə yaxın konteyner daşınıb.
"Bu il həmkarlar açıq şəkildə keçən illə müqayisədə nəticəyə daha çox ümid edirlər. Əgər onlar orada belə qiymətlərlə normal logistika qursalar, düşünürəm ki, bu, kifayət qədər sərfəli marşrut olacaq, biz ölkəmizdən yan keçməklə həcmin bir hissəsini əldə edə bilərik”, - deyə Aleksey Şilo qeyd edib.
O, həmçinin konteyner daşımaları istiqamətində əhəmiyyətli dəyişikliyin baş verdiyini bildirib.
“Bu gözləniləndir. Şimal-qərbdə konteyner daşımalarının həcmi iki dəfə azalıb və çox güman ki, bərpa olunana qədər bir müddət azalacaq”, - deyə RDY-nin rəhbərinin müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR