Azərbaycan və Koreya logistika imkanlarını genişləndirə bilərlər

Azərbaycan və Koreya logistika imkanlarını genişləndirə bilərlər
# 30 sentyabr 2019 12:22 (UTC +04:00)

Logistik imkanların genişləndirilməsi Azərbaycanla Cənubi Koreya arasında biznes əlaqələrinin daha da inkişafına zəmin yarada bilər.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Honq Kvanq-Hi bildirib.

Onun sözlərinə görə, Cənubi Koreyanın istehlak bazarı böyükdür, lakin iki ölkə arasında olan məsafə də çox böyükdür. Hazırda ölkələr arasında hava nəqliyyatı əlaqələri mövcuddur, lakin digər variantlar da yüklərin daşınması mövqeyi baxımından nəzərdən keçirilməlidir.

Biznes əlaqələrinin inkişafı üçün görüşlər keçirmək və belə görüşlər də Azərbaycandan Cənubi Koreya bazarına hansı məhsulların hansı logistik yollarla çatdırılması məsələsinin həllinə imkan yarada bilər, deyə Kvanq-Hi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR