Azərbaycan və Ukrayna nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Ukrayna nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
# 19 yanvar 2022 14:46 (UTC +04:00)

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında videokonfrans formatında görüş keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, videokonfrans zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İki ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, bu dəhlizlərə əlavə yük axınlarının cəlb olunması, eləcə də daşımaların inkişafı üçün əlverişli şərait yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Eyni zamanda, GUAM (Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat), TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) və TMTM (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) kimi beynəlxalq təşkilatlar çərçivəsində də çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR