Azərbaycanda yeni Əmlak Xidmətləri məkanları tikilir

Azərbaycanda yeni Əmlak Xidmətləri məkanları tikilir
# 24 iyun 2019 17:29 (UTC +04:00)

Gəncədə və Xaçmazda yeni Əmlak Xidmətləri məkanlarının tikintisinə başlanılıb. Bunu “APA-Economics”ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev deyib.

Onun sözlərinə görə, regional Əmlak Xidmətləri məkanlarının tikinti işlərinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

“Qeyd olunan Əmlak Xidmətləri məkanlarının layihə smeta sənədləri hazırdır və hazırda tikinti işləri aparılır. Onların istifadəyə verilməsi cari ilin sonunadək nəzərdə tutulur”, - deyə H. Mustafayev qeyd edib.

Hazırda Əmlak Xidmətləri Məkanı Bakıda fəaliyyət göstərir. Onun yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərilən xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR