Azərbaycanda "Microsoft"a yeni rəhbər təyin edilib

Azərbaycanda "Microsoft"a yeni rəhbər təyin edilib
  • Clock-gray 14:17
  • calendar-gray 07 Noyabr 2019

"Microsoft Azerbaijan" şirkətinə yeni baş menecer təyin edilib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, Qaçay Mirzəyev "Microsoft Azerbaijan"da yeni baş menecer vəzifəsinə təyin edilib. O, bu vəzifədə Sərxan Həşimovu əvəz edib. Q. Mirzəyev eyni zamanda şirkətdə bulud infrastrukturu həlləri üzrə ekspert qismində də fəaliyyət göstərəcək.

Q. Mirzəyev "APA-Economics"ə bu xəbəri təsdiqləyib və açıqlamasında bildirib ki, şirkətin strategiyasında heç bir dəyişiklik edilməyib.

"Biz hər zaman olduğu kimi, bu strategiya çərçivəsində dövlət strukturları ilə əməkdaşlıq, o cümlədən Azərbaycana "Microsoft"un qlobal təcrübəsinin gətirilməsi, rəqəmsal keçiddə ölkəyə dəstək verilməsi və bulud həllərini yerli şirkətlərə təqdim etməklə onların xərclərinin optimallaşdırılmasını davam etdirəcəyik", - deyə Q. Mirzəyev qeyd edib.

Qeyd edək ki, Q. Mirzəyev bundan öncə "Microsoft"un MDB regionunda strateji texnologiyalar üzrə meneceri vəzifəsində çalışıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date