Azərbaycanda muzdlu işçilərin sayı 3% artıb

Azərbaycanda muzdlu işçilərin sayı 3% artıb
# 10 iyul 2019 11:58 (UTC +04:00)

Bu il iyunun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 1 590,7 min nəfər olub, onlardan 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 21%-i təhsil, 18,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9% artaraq 583,7 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR